Bizim Servis

 

Bizim xidmət sizə peşəkar, italiya istehsalı Kombi Apparatlarının istismarı və təmiri üzrə italıyada keçirilən təkminləşmə təlimlərini keçən və həmçinin istehsalçı zavodunun işçiləri tərəfindən həyata keçirilən seminarlarda dəfələrlə sertifikat alan, işçilər tərəfindən təşkil olunur. Xidmət bizim satışda olan, Unikal markalı kombilərinin bütün alıcılarına aşağıda sadalanan şərtlərlə təşkil olunur:

  • Qaz təchizat sisteminə mütləq filtr ilə qaz tənzimləyicisi quraşdırılmalıdır. Qaz sistemindən apparatın daxılınə qalıqların düşməsindən qorumaq və həmçinin kombiyə mümkün olan minimal sabit təzyiqi dəstəyini təmin eləmək üçün vacibdir.
  • Təhlükəsiz enerji təchizatında əmin olmaq üçün voltaj stabilizatoru tələb olunur. Şəbəkədə enerji nə qədər sabit olsa belə, yenə də qalxıb düşməsi mümkündür, bu hallarda idarə panelinin həssas elektronikası, qoruyuculə təchiz olunsa belə, zədalara məruz qala bilər.
  • Qazanı işlək vəziyyətinə gətirilməsi xüsusi diqqət tələb edir, həm istilik sisteminin komponentinə həm də qazanın daxili tərkib hissələrinə. Qazanı ilk dəfə işə qətirilməsindən qabaq bir sıra normativ qaydalar yerinə yetirilməlidir, dolayısıyla desək – ilkin çalışdırma. İlkin Çalışdırma qaydası bizim ustalar təərəfindən bir sira, nəticədə qazanın isyismarına təsir göstərən, şərtləri saxlayaraq yerinə yetirilir.
  • Xidmət məqsədilə rahat şəraiti təmin eləmək üçün apparat rahat bir yerdə yerləşməlidir, ele yerde ki, ora servis xidmətinin nümayəndəsi yaxınlaşanda tələb olarkən daxili hissələri rahat şəkildə dəyişdirə bilsin. Qazan quraşdırılan yer həmçinin rütubətdən, tozdan və çöküntülərdən nisbətən qorunmalıdır.
  • Uzunluğ ölçülərinə nəzarət edərək qazanın bacası çölə çıxarılmalıdır və xüsusi bucaq altında tənzimlənməlidir. Bu tələblərdən savayi, bacanın uzunluğu artırılarkən tüstü borusunun hava köçürmə qabiliyyəti həttən ziyadə yuksələ bilər, bundan ötrü bacanın daxilində məhtudlaşdırıcı xalqa quraşdırılmalıdır.


Bizim dükanımızdan kombi alarkən istismar müddətinin ilk 2 ili ərzinndə pulsuz zəmanət xidmətilərindən istifadə etmək hüququndasınız. Bu xidmətlər zavod qüsurlarının hər növünü və zavod qüsurlarından dolayi əmələ gələn bütün nasazlıqları əhatə edir.

Qazan istismarının xarici faktorların təsiri səbəbi ilə dayanması zəmanət xidməti ilə əhatə olunmur.

Təsir səbələri aşağıda göstərilənlər ilə məhtudlaşmır:

Su və qaz təminat borularında qeyri normal təzyiq;
Tüstü borusuna və onunla bağlı olan hissələrə mayenin düşməsi;
Esenjorun qaynaması nəticəsində İsti Su Sisteminin hissələrinin sıradan çıxması, bu xüsusən isti su hərarətinin düzgün olmayan tənzimlənməsi səbəbindən olur;
Enerji təminatının qeyri sabit olması və yaxud voltaj tənzimləyicisindən istifadə etməkdən imtina nəticəsində qazanın həssas elektronikasının zədələnməsi.

 

Aksessuarlar və istilik sistem tərkib hissələri

 

Biz sizlərə İtaliya və Türkiyə istehsalı olan yüksək keyfiyyətli aksessurları və istilik sistemlərinin tərkib hissələrini təklif edirik. Polad və alyuminium radiatorlar, onlar üçün bərkitmələr və su sisteminə qoşulmaq üçün cəhazlar; metaloplastik, hem sadə hem de tecrid edilmiş, isti döşəmə boruları; qaz şlanqları; filtirli qaz təzyiqi tənzimləyiciləri və sair bir çox cıhazları bizim “Sədərək” Ticarət Mərkəzində yerləşən dükanımızdan almaq imkanınız var, siz həmçinin emeyl vasitəsilə bu saytın Əlaqə səhifəsindən bizə məktub yaza bilərsiniz.

 

TESLA – avtomatik voltaj və elektrik enerji təchizatın tənzimləyicisidir. Biz sizə məhz bu markanı məsləhət görürük, o ozünü müəyyən vaxt ərzində etibarlı və sərfəli apparat kimi doğrultmuşdur.

Enerji təchizatının tənzimləyicisindən istifadə etmək zəmanət şərtidir, əks halda apparatın elektron hissələri qorunmayıb bu səbəbdən də effektiv istismara zəmanət verilmir.

 

 

Qaz təminat sisteminin cirklənməsi və qeyri sabit təzyiq ilə işləməsi səbəbindən filtirli qaz təzyiqinin tənzimləyicisinin olması mütləqdir. Bu cıhaz quraşdırılması həmçinin zəmanət şərtidir.
JoomShaper